“Qarabağ” uzun müddətdir məskunlaşdığı “Ruslan 93” idman kompleksi ilə vidalaşıb.
İdmanxeber.com-un klubun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin “Ruslan 93″dən ayrılmasına səbəb icarə müqaviləsi başa çatması olub.
Qurban Qurbanovun yetirmələri artıq Suraxanıda yerləşən bazasında məskunlaşacaq. “Qarabağ” çempionatın növbəti bölümünə məhz Suraxanıda hazırlaşacaq.