Həftəsonu Premyer Liqanın 20-ci turu çərçivəsində səfərdə “Qəbələ” ilə qarşılaşacaq “Qarabağ” bu oyunun hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam təmsilçisində çətin səfər öncəsi ciddi itki yoxdu.
Sadəcə Gelaşvilinin zədəsi hələ də var və onun səfərdə meydana çıxması demək olar ki, mümkünsüzdü. Belində ağrılar olan Rəşad Sadıqov isə fərdi məşqlərlə kifayətlənib.
Kapitanın “Qəbələ” ilə matçda meydana çıxması gözlənilir.