28 Dekabr 2024
Dünya futbolu

“Böyük oyun”: “12-13 min azarkeşin bu oyuna gəlməsini gözləyirik”

Premyer Liqanın 20-ci turu çərçivəsində bazar günü "Xəzər Lənkəran" və "Neftçi" klubları arasında baş tutacaq "Böyük oyun"a lənkəranlı azarkeşlər də ciddi hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, "12-ci oyunçu” azad azarkeş qrupunun rəhbəri İslam Cabbarlı derbiylə bağlı hazırlıqları haqda danışıb. Qrup rəhbəri saytımıza açıqlamasında bunları dedi:
"Böyük oyun"la bağlı ciddi hazırlıqlarımız gedir. Həbsdə olan azarkeşlərin hələ də azad olunmaması buradakı insanların oyuna gəlməsinə mənfi cəhətdən təsir edir.  Buna baxmayaraq, 12-13 min azarkeşin bu oyuna gəlməsini gözləyirik. "Neftçi"ylə oyunda müəyyən şüarlar, pankartlar olacaq. Yadda qalan, gülməli pankartlarımız olacaq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43