29 Sentyabr 2024
Dünyadan

“Real” ÇL-də tur adladı, “El Klassiko” öncəsi şok itki ilə qarşılaşdı

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində öz meydanında Almaniya “Şalke”sini 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayan Madridin “Real” klubu şok itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, almanların görüşün 2-ci dəqiqəsində ayağından zərbə alan Xese zədələnərək meydanı tərk etməli olub. Həkim müayinəsindən keçən Xesenin sağ dizinin çarpaz bağlarının qopduğu bildirilir. 

21 yaşlı hücumçunun ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43