Sabah Premyer Liqanın 27-ci turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq “Simurq” bu oyunda iki futbolçusunun xidmətindən məhrum olacaq.
İdmanxeber.com-un məlumatına görə, əyalət klubunda cəzalı oyunçusu Benjamin Lambot və zədəli Osiako Mzee Patrik “Fırtınalar meydanı”nda meydana çıxa bilməyəcəklər.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Simurq” oyunu sabah 16:00-da başlanacaq.