“Yuri Pavloviçə heç bir iradımız yoxdu. Düşünürəm ki, hər şey yaxşı olacaq və qələbələrin ardı gələcək. Bizim avrokuboklara düşmək şansımız hələlik qalır”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Rusiya mətbuatına danışan klub rəsmisi Syominlə bağlı növbəti mövsümdə komandaya rəhbərlik edəcəyinə dair suala belə cavab verib: “Bu haqda biz hələlik heç bir qərara gəlməmişik”.
F.Nəcəfov qışda icarə əsasında “Portu”dan “Qəbələ”yə keçmiş Marat İzmaylov haqda da danışıb: “O, tədricən idman formasını yığır. Son oyunlarda fiziki formasında çatışmazlıq səbəbi ilə iştirak etməyib. Hər halda, mövsümün ilk yarısında Marat “Portu”da demək olar ki, oynamayıb”.