“Qəbələ”ni məğlub edən “Xəzər Lənkəran” 3-0-cu turda qarşılaşacağı “Bakı” ilə çəti səfər matçına istirahət etmədən hazırlaşacaq.
İdmanxeber.com-un məlumatına görə, Cənub klubu artıq bugündən bu oyunun hazırlıqlarına başlayır. Mustafa Dənizli “Qəbələ” matçında iştirak edən futbolçular xaric digərləri məşq edəcək. Əsas futbolçular isə sabah məşqlərə başlayacaqlar.
“Xəzər Lənkəran”ın bu gün paytaxta gəlməsi gözlənilir.