Topaz Premyer Liqasında ötən turun ən yaxşı futbolçuları məlumdur. Peşəkar Futbol Liqası, ənənəvi olaraq, InStat Football şirkətinin təqdim etdiyi statistik məlumatlar əsasında 30-cu turun rəmzi komandasını müəyyən etmişdir.
Qapıçı – Saşa Stamenkoviç (Neftçi)
Müdafiəçilər – Matija Spiçiç (İnter), Yohan Bokonyano (İnter), İqor Mitreski (Neftçi), Araujo Santos (Bakı)
Yarımmüdafiəçilər – Mikel Alvaro (İnter), Abdulla Abatsiyev (İnter), Asif Məmmədov (İnter), Əfran İsmayılov (Bakı)
Hücumçular – Reynaldo (Qarabağ), Draqan Çeran (Simurq)
“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Silva isə turun ən yaxşı oyunçusu seçilib.