Topaz Premyer Liqasında 2014/15 mövsümünə hazırlaşan “Sumqayıt” 1 günlük istirahətin ardından Türkiyənin Kartepe bölgəsində məşqlərini davam etdirməkdədi.
İdmanxeber.com-un məlumatına görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda gündə iki dəfə olmaqla hazırlaşır.
Heyətdə zədəli futbolçu yer almır. “Sumqayıt” sabah növbəti yoxlama oyununa çıxacaq. Komanda Türkmənistan klubu “Altın Asır”la üz-üzə gələcək.
Xatırladaq ki, “Sumqayıt” ilk hazırlıq oyununda “Perspolis”ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada Özbəkistanın “Bunyodkor”una 1:0 hesabı ilə qalib gəlib və sonuncu yoxlama oyunundan Batumi “Dinamo”su ilə 2:2 hesablı heç-heçə ilə ayrılıb.