27 Dekabr 2024
Kateqoriyasız

“İnter”dən 10-cu “5+”

Topaz Premyer Liqasının III turunun “İnter” – “Sumqayıt” oyunu  2014/15 mövsümünün ən məhsuldar qarşılaşması olub.

İdmanxeber.com-un məlumatına görə, arxada qalan 12 matçda ilk dəfə 6 qol qeydə alınıb. “İnter” isə mövsümün 5 qol vuran ilk komandasıdır. Bakılılar Azərbaycan çempionatları tarixində 10-cu dəfə bir oyunda 5 və ya daha çox qol vurub. Paytaxt təmsilçisi 1 dəfə 8, 1 dəfə 7, 1 dəfə 6, 7 dəfə 5 qol vurmağı bacarıb. Bakılılar sonuncu belə uğurunu 364 gün əvvəl gerçəkləşdirib. 2013-cü il avqustun 25-də “İnter” “Rəvan”ı da 5:1 hesabı ilə məğlub edib. “Sumqayıt” isə Premyer Liqada 5-ci dəfə 5 və ya daha çox top buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43