28 Dekabr 2024
Premyer Liqa

“Qarabağ”ı məyus edən futbolçu: “Hafiz Məmmədov da bizə söz göndərdi”

"Qarabağ"la oyuna ancaq 3 xal üçün çıxmışdıq. İlk hissədən sonra paltardəyişmə otağında baş məşqçimiz də bizim bu matçda xal qazanacağımızı bildirdi və elə oldu ki, 1 xal qazandıq".

Bu sözləri idmanxeber.com-a açıqlamasında "Bakı"nın futbolçusu Nurlan Novruzov deyib.

"Qarabağ"ın qapısına yol tapan hücumçu baş məşqçilərinin onlara aqressiv formada göstəriş verməsinə belə münasibət bildirib:

"Biz buna öyrəşmişik. O, hər zaman belədi və bu bizim daha da xoşumuza gəlir".

"Zolaqlılar"ın üzvü daha sonra sözlərinə belə davam edib:

"Biz əslində ortalarda getməliyik. Düzü "Bakı" AZAL-dan, "Sumqayıt"dan, "Araz Naxçıvan"dan zəif komanda deyil. Bəli, bəzi səbəblərdən çox futbolçularımızı itirmişik. Ancaq düşünürəm ki, biz yaxşı oynayırıq. Heç bizdən çempionluq istəyən də yoxdur. Demirlər ki, gedin avrokuboklara vəsiqə uğurunda mübarizə aparın. Bizə ortalarda qərarlaşmaqda yaxşıdı. Oyundan sonra Hafiz Məmmədov da bizə söz göndərdi, təbrik etdi. Heç o da bu nəticəsni gözləmirdi".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43