Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “Dnepr” oyunu üçün satışa çıxarılan 30 min biletin demək olar ki, hamısı satılıb.
İdmanxeber.com-un məlumatına görə, saat 21:00-da başlayacaq matç üçün artıq 29 min bilet satılıb. Yerdə qalan 2 min bilet isə əsasən “qara bazar”ın əlindədi.
Stadionun kassalarında qalan çox az sayda biletin bir neçə saata satılıb qurtarması gözlənilir.
Sonda onu da qeyd edək ki, “Qarabağ” klubunun rəhbərliyi bir çox yeniliklərlə azarkeşlərini sevindirməyə çalışacaq.Bu yeniliklərdən biri azarkeşlərin oyuna daxil olarkən üzlərini “Qarabağ”ın bayrağ rənglərinə və ya istədiyi rənglərə boyanması olacaqdır. Stadionun ətrafında 5 nöqtədə bu xidmət azarkeşlərə göstəriləcək.