Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda keçirilicək “Qarabağ” – “İnter” matçının biletləri dekabrın 8-də səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.
İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun meneceri Asif Əsgərov məlumat verib. O bildirib ki, oyuna 31 min 200 bilet hazırlanıb. Bunun 30 min 900-ü azarkeşlər, 300-ü isə media sektoru üçün nəzərdə tutulub.
Biletlərin qiyməti 1 manatdan 10 manata qədər, VİP yerlər üçün isə 50 manat olacaq.
Qeyd edək ki, dekabrın 11-də keçiriləcək “Qarabağ” – “İnter” oyunu saat 21:00-da başlayacaq.(qol.az)