Almaniyanın “Ayntraxt” klubu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və “Bakı”nın futbolçusu Mahir Mədətovla yaxından maraqlanır.
Bu barədə idmanxeber.com-a futbolçu özü məlumat verib.
Yarımmüdafiəçi bildirib ki, Frankfurt təmsilçisinin rəsmiləri onu U-19 komandamızın heyətində Almaniyadakı toplanışı zamanı bir daha izləyəcəklər:
“Özümü ən yaxşı tərəfdən göstərəcəm. İnşAllah yaxşı alınar. Hər şey bir Allahın, bir də mənim əlimdədi”.
Qeyd edək ki, azərbaycanlı qapıçı Emil Balayev də “Ayntraxt”da forma geyinir.