Türkiyə PTT 1-ci liqasında 25-ci turun oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" səfərdə Rail Məlikovun çıxış etdiyi "Denizlispor"la qarşılaşıb.
Matçda hesabı meydan sahibləri açsalar da, Kayseri təmsilçisi sonradan 3 qol vuraraq liderliyini möhkəmləndirib – 3:1.
Railin adı matçın iştirak ərizəsində yer almayıb. Start heyətdə meydana çıxan Kamran isə sonadək mübarizə aparıb.