Azərbaycanlı FİFA referisi Orxan Məmmədov Avropa Liqası oyununa təyinat alıb.
idmanxeber.com-un məlumatına görə, Məmmədov, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin birinci təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın “Beroe” və Litvanın “Atlantas” klubları arasında keçiriləcək cavab görüşünü idarə edəcək.
Qeyd edək ki, bu qarşılaşma iyulun 9-da baş tutacaq