“Qəbələ”nin kapitanı Cavid Hüseynov Avropa Liqasının I təsnifat mərhələsinin “Dinamo” (Gürcüstan) ilə cavab matçından sonra açıqlama verib.
İdmanxeber.com-a danışan futbolçu rəqibdən hərtərəfli güclü olduqlarını bildirib:
“Bütün oyun boyu üstün tərəf biz idik. “Dinamo” sanki ayağımızın altında qalmışdı. Onların sadəcə bir təhlükəli epizodu oldu”. Bu gün göstərdik ki, səfərdəki oyunda məğlub olmamalıydıq. Sadəcə, Tiflisdə bəxtimiz gətirmədi. Bu oyunda isə rəqib arxayınlaşmışdı. Biz bütün Azərbaycanın qarşısında sübut etdik ki, onlardan bir yox, üç qat güclüyük. Oynadığımız futbolla qələbəyə layiq idik.
“Gürcülər ilk oyunda bizim bayrağımızı təhqir etdi. Bu, təbii ki, bizə pis təsir etmişdi. Məncə, qazandığımız qələbə onlara ən layiqli cavab oldu. Azarkeşlərə də təşəkkür edirəm. Bizə mötəşəm dəstək verdilər. Bu, təkcə “Qəbələ”nin yox, bütün Azərbaycanın qələbəsidir”.