Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə “Çukariçki”yə 0:1 hesabı ilə məğlub olan “Qəbələ” cavab matçına ciddi itkilərlə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar”ın serblərlə Bakıdakı oyununda Floresku və Vernibud meydana çıxa bilməyəcək. Buna səbəb hər iki futbolçunun sarı vərəqə alaraq cəzalı duruma düşməsi olub.
Qeyd edək ki, tərəflər arasındakı cavab oyunu iyulun 23-də, “Bakcell Arena”da keçiriləcək.