UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Apollon”la (Kipr) qarşılaşacaq “Qəbələ” ilk oyunun Bakıdakı hazırlıqlarını başa vurub.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, üç gündür paytaxtda məşq edən “qırmızı-qaralar” bu gün səhər saat 11:00-da Kiprin Nikosiya şəhərinə yollanacaq.
Təxminən Bakı vaxtı ilə saat 16:00-da Kiprin paytaxtına çatacaq komanda “Hilton Nikosia” otelində məskunlaşacaq. “Qəbələ” iyulun 30-da baş tutacaq qarşılaşma öncəsi son məşqini keçirəcək. Hazırlıq oyunun baş tutacağı Larnakadakı “Antonis Papadopulos” stadionunda gerçəkləşəcək. Məşq Bakı vaxtı ilə 23:00-da başlayacaq. Saat 22:30-da isə komandanın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı baş tutacaq.