Avqustun 9-da keçiriləcək “İnter”lə qarşılaşma ilə “Xəzər Lənkəran” 2015/16 mövsümünə start verəcək.
İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, sayca 24-cü olan Azərbaycan çempionatı “ağ-yaşıllar”ın tarixində 12-ci olacaq.
Premyer Liqada yarandığı 2004-cü ildə debüt edən komanda ilk matçını 11 il əvvəl avqustun 7-də keçirib. Qazaxda “Turan”a qarşı keçirilən səfər oyunu 1:1 hesabı ilə nəticələnib. Albaniyalı Çöri İlir “Xəzər Lənkəran” tarixinə ilk qolun müəllifi kimi düşüb.
İlk mövsümdə “Neftçi” ilə eyni sayda xal toplayan “ağ-yaşıllar” çempionluğu Gəncədə keçirilən “Qızıl oyun”da (1:2) əldən versə də, debüt mövsümündə gümüş medallara yiyələnib. 2005/06 mövsümündə uğursuz çıxış edib, 7-ci yerlə kifayətlənən komanda növbəti çempionatda tarixinin ən böyük nəticəsini əldə edib. “Qızıl dubl”a imza atan Lənkəran klubu qızıl medalları son turda Qəbələdə rəsmiləşdirib. 2007-ci il mayın 23-də “Gilan” üzərində 3:0 hesablı qələbə hələlik yeganə olan çempionluğu qazandırıb. 2007/08, 2008/09 və 2009/10 mövsümlərində mükafatçılar sırasına düşə bilməyən komanda ardıcıl 3 dəfə 4-cü yerlə kifayətlənib. 5 il əvvəl dramatik sonluqla nəticələnən çempionatın qızıl medalları son turda əldən verilib.
2010/11 və 2011/12 mövsümlərində çempionluq mübarizəsi aparan “Xəzər Lənkəran” ardıcıl 2 dəfə gümüş medallara yiyələnib. Bununla da komanda Premyer Liqadakı mükafatlarının sayını 4-ə çatdırıb ki, bunların 1-i qızıl, 3-ü gümüşdü. Son üç mövsümdə isə “Xəzər Lənkəran” mükafatçılar sırasından uzaq düşüb. 2012/13 mövsümündə tarixinin ən uğursuz nəticəsini göstərib, 9-cü olan komanda ardınca 6-cı, sonra isə 7-ci yerlə kifayətlənib.
Cari mövsümə 5-ci mükafat uğrunda mübarizə üçün qatılan “Xəzər Lənkəran” indiyədək keçirdiyi 33 çempionat oyununda 157 qələbə qazanıb, 97 heç-heçə edib və 79 dəfə uduzub. 477 top vuran “ağ-yaşıllar” 287-ni buraxıb. Ev oyunlarında 166 matçda 93 qələbə, 50 heç-heçə və 23 məğlubiyyət qeydə alınıbsa, səfərdə eyni sayda görüşdə 64 qələbə, 47 heç-heçə və 55 məğlubiyyət alınıb. Öz meydanındakı matçlarda komandanın top fərqi daha yaxşıdı – 277:113. Səfərdə bu rəqəmlər 199-172-di. Cənub təmsilçisi neytral meydandakı yeganə matçda 1:2 hesabı ilə yenilib.
“Xəzər Lənkəran”ın Premyer Liqadakı nəticələri
Mövsüm |
O |
Q |
H |
M |
TOP |
X |
nəticə |
2004/05 |
35 |
24 |
6 |
5 |
66-17 |
78 |
II yer |
2005/06 |
26 |
9 |
9 |
8 |
27-18 |
36 |
VII yer |
2006/07 |
24 |
17 |
5 |
2 |
50-16 |
56 |
ÇEMPİON |
2007/08 |
26 |
14 |
10 |
2 |
44-16 |
52 |
IV yer |
2008/09 |
26 |
15 |
5 |
6 |
49-21 |
50 |
IV yer |
2009/10 – I mərhələ |
22 |
12 |
8 |
2 |
29-11 |
44 |
– |
2009/10 – II mərhələ |
10 |
3 |
3 |
4 |
11-10 |
12 |
IV yer |
2010/11 – I mərhələ |
22 |
14 |
5 |
3 |
28-12 |
47 |
|
2010/11 – II mərhələ |
10 |
2 |
7 |
1 |
10-6 |
13 |
II yer |
2011/12 – I mərhələ |
22 |
13 |
5 |
4 |
33-19 |
44 |
|
2011/12 – II mərhələ |
10 |
4 |
3 |
3 |
11-9 |
15 |
II yer |
2012/13 – I mərhələ |
22 |
7 |
7 |
8 |
32-27 |
28 |
|
2012/13 – II mərhələ |
10 |
3 |
3 |
4 |
8-10 |
12 |
IX yer |
2013/14 |
36 |
12 |
13 |
11 |
44-49 |
49 |
VI yer |
2014/15 |
32 |
8 |
8 |
16 |
35-46 |
32 |
VII yer |
Cəmi |
333 |
157 |
97 |
79 |
477-287 |
568 |
|
“Xəzər Lənkəran”ın heyətində Premyer Liqada ən çox oyun keçirən futbolçular
1 |
Rahid Əmirquliyev |
236 |
2 |
Radomir Todorov |
142 |
3 |
Alim Qurbanov |
130 |
4 |
Kamran Ağayev |
122 |
5 |
Rəşad Abdullayev |
115 |
6 |
Elnur Abdullayev |
113 |
7 |
Sadio Tounkara |
95 |
8 |
Adrian Skarlatake |
86 |
9 |
Elnur Allahverdiyev |
78 |
10 |
Adrian Pit |
75 |
“Xəzər Lənkəran”ın heyətində Premyer Liqada ən çox qol vuran futbolçular
1 |
Zaur Ramazanov |
33 |
2 |
Samir Əliyev |
24 |
3 |
İvan Tsvetkov |
22 |
4 |
Rahid Əmirquliyev |
19 |
5 |
Mario Souza |
18 |
6 |
Oqtay Dərəlioğlu |
17 |
7 |
Sadio Tounkara |
15 |
8 |
Rəşad Abdullayev |
12 |
9-12 |
Alim Qurbanov |
11 |
|
Adrian Skarlatake |
11 |
|
Allan Lalin |
11 |
|
Etame Mbilla |
11 |
“Xəzər Lənkəran”ın Premyer Liqadakı baş məşqçiləri
Baş məşqçi |
O |
q |
h |
m |
Top |
xal |
Ağasəlim Mircavadov |
82 |
46 |
26 |
10 |
134-53 |
164 |
Rasim Kara |
44 |
29 |
5 |
10 |
83-27 |
92 |
Mirça Rednik |
47 |
24 |
16 |
7 |
58-34 |
88 |
Yunis Hüseynov |
21 |
8 |
8 |
5 |
26-18 |
32 |
Mustafa Dənizli |
20 |
8 |
7 |
5 |
31-27 |
31 |
Viktor Pasulko |
13 |
7 |
6 |
0 |
19-5 |
27 |
Con Toşak |
23 |
6 |
8 |
9 |
18-29 |
26 |
İqor Ponomaryov |
13 |
7 |
3 |
3 |
25-9 |
24 |
Oğuz Çətin |
17 |
6 |
5 |
6 |
24-21 |
23 |
Nazim Süleymanov |
13 |
5 |
4 |
4 |
13-11 |
19 |
Cüneyt Biçer |
8 |
5 |
1 |
2 |
13-4 |
16 |
Karles Martorell Bakes |
10 |
3 |
2 |
5 |
13-16 |
11 |
Elbrus Məmmədov |
14 |
2 |
2 |
10 |
11-25 |
8 |
Emin Quliyev (icra edib) |
3 |
1 |
1 |
1 |
6-3 |
4 |
Şenol Fidan (icra edib) |
3 |
0 |
1 |
2 |
0-2 |
1 |
Hafiz Əliyev (icra edib) |
1 |
0 |
1 |
0 |
2-2 |
1 |
Covanni Melkiorre (icra edib) |
1 |
0 |
1 |
0 |
1-1 |
1 |