27 Dekabr 2024
Kateqoriyasız

UEFA Bakı “İnter”ini cərimələdi və xəbərdarlıq etdi

UEFA-nın klubların maliyyə nəzarəti üzrə Arbitraj Palatası İnstansiyası Bakı "İnter"inə xəbərdarlıq edib.

İdmanxeber.com-un məlumatına görə, feir-pley qaydalarına riayət etməyən "bankirlər" 50 min avro cərimələnib. 

Artıq klub rəhbərliyi qarşısında 30 sentyabr 2015-ci ilə qədər olan bütün borcların 31 yanvar 2016-cı ilə qədər ödənilməsi şərti qoyulub. Həmin müddətə qədər "İnter" bütün borcların ödənilməsi ilə bağlı rəsmi sənədi UEFA-ya təqdim etməyəcəyi təqdirdə paytaxt klubu 3 il avrokuboklardan kənarlaşdırılacaq.

Qeyd edək ki, analoji cəza ilə Ukraynanın "Dnepr", Rumıniyanın "Targu Mureş" və "Astra" klubları da üzləşib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43