28 Dekabr 2024
Kateqoriyasız

“Şehiç penaltini qaytaranda çox sevindim” – Cavid Tağıyev

“Çətin oyun oldu. “Qəbələ” komandası da son iki oyun bizim kimi qələbə qazana bilmirdi. Məqsəd 3 xal idi. Əlimizdən gələni etdik. Lakin olmadı. Belə olmalı imiş demək ki”

İdmanxeber.com-un stadiona ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın futbolçusu Cavid Tağıyev deyib.

Ağdamlıların hücumçusu oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

– “Qarabağ” “Qəbələ”yə güzəştə getdi, yoxsa tam gücünüz ilə oynadınız?

– Yox deməzdim ki, güzəştə getdik. Tam gücümüzü qoyduq oyuna. Alınmadı. Qol epizodlarından yararlana bilmədik.

– Etiraf edək ki, rəqib daha istəkli idi…

– Kənardan elə görünə bilər, lakin biz özümüz də bu oyuna ciddi hazırlaşırdıq. Məncə pis oynamadıq. Yəni hər iki komanda yaxşı oynadı deyə düşünürəm. Qol epizodlarına görə bizim üstünlüyümüz vardı.

– Arxayınçılıq varmıydı?

– Məncə yox. Ola bilər qara zolaqdayıq. Ancaq yenə deyirəm, bütün komandalar kimi biz də meydana qələbə qazanmaq üçün çıxırıq.  

– Öz oyunu necə dəyərləndirirsən?

– Özüm öz oyunumu qiymətləndirə bilmərəm. Heç nə deyə bilmərəm bu haqda. Amma əlimdən gələni etdim ki, komanda üçün faydalı olum.

– Sənə elə gəlmirmi ki, start heyəti sənə daha çox düşərli olur?

– Əsas heyət ya da sonradan daxil olma məşqçinin qərarıdı. Düzünü desəm, bunu özümdə hiss etməmişdim. Penaltidən sonra düşündüm ki, artıq hesab 0:2 olacaq. Şehiç penaltini qaytaranda çox sevindim. Ona “çox sağ ol” deyirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43