25 İyun 2026
İdman

“Qarabağ”ın rəqibi müqavilə yenilədi

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan PAOK gənc hücumçu Yannis Mistakidislə müqaviləni yeniləyib. 

İdmanxeber.com-un məlumatına görə, 21 yaşlı oyunçu 2020-ci ilə kimi nəzərdə tutulmuş müqaviləni imzalayıb. 

2014-cü ildə Saloniki təmsilçisinə gələn Mistakidis 30 oyuna 6 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib. Yunanıstanın U-21 yığmasına da çağrılan hücumçu hazırda cinah futbolçusu kimi oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43