30 oktyabr tarixində Bodibildinq və klassik bodibildinq üzrə "Electra Events Hall"da Azərbaycan çempionatı keçirilmişdir.
İdmanxeber.com-un məlumatına görə, yarışda 4 qrup üzrə idmançılar iştirak ediblər: -80 kq (bodibildinq), +80 kq (bodibildinq), -175 sm (klassik bodibildinq), +175 sm (klassik bodibildinq).
Yarışa "Maximus GYM", "Best GYM", "Viter GYM", "Gladiator GYM", "Lider GYM", "Aquatic GYM", Gəncə və İsmayıllı komandaları qatılıblar.