Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu sabah ilk yoxlama oyununa çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Albaniyanın “Skenderbeu” klubu na qarşı keçiriləcək matçı canlı izləmək mümkün olacaq. Belə ki, sözügedən görüş Ağdam klubunun “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, saat 18:30-da start götürəcək matç saytımız vasitəsilə də canlı yayımlanacaq.