Milli komanda

AFFA-dan Prosineçkinin “Bursaspor”a getməsinə münasibət

Bu gün Türkiyə mətbuatında millimizin baş məşqçisi Robert Prosineçkinin qardaş ölkənin "Bursaspor" klubu ilə 2.5 illik müqavilənin ilkin razılığının əldə edilməsiylə bağlı məlumatlar yayılmışdı.

"Hürriyət" qəzetinin yaydığı məlumata görə, Prosineçki yaxın günlərdə Türkiyəyə gedərək "Bursaspor"la müqavilə imzalayacaq.

Məsələyə AFFA-nın münasibətini də öyrənməyə çalışdıq. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu idmanxeber.com saytına açıqlamasında bunları dedi:

"Hal-hazırda millimizin baş məşqçisi Robert Prosineçkinin bizimlə müqaviləsi var və o, müqavilənin şərtlərinə əməl edir. Yaxın gələcəkdə nə olacağını bilmirəm, amma indi bizim onunla müqaviləmiz var".

Qeyd edək ki, Robert Prosineçki 2014-cü ilin dekabr ayından Azərbaycan yığmasını çalışdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43