Fransa millisinin və “Monako”nun hücumçusu Kilian Mbappe zədələnib.
İdmanxeber.com-un məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Didye Deşam məlumat verib. O, 18 yaşlı hücumçunun əzələsində kiçik problemin olduğunu deyib.
K.Mbappenin DÇ-2018-in seçmə mərhələsində İsveçə qarşı oynayıb-oynamayacağı isə dəqiqləşməyib.
Qeyd edək ki, Fransa bu gün Paraqvayla, iyunun 9-u İsveçlə qarşılaşacaq.