Almaniya 3-cü Liqasında 22-ci tura start verilib.
İdmanxeber.az-ın məlumatına görə, millimizin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Proyssen” “Kayzerslautern”i qəbul edib. Start heyətində meydana çıxan və 73-cü dəqiqədə əvəzlənən Dadaşov qol vura bilməsə də, komandası qələbə qazana bilib – 2:0.
Qeyd edək ki, “Proyssen” hazırda 33 xalla 7-ci pillədə qərarlaşıb.