İrlandiyalı döyüşçü Konor Makqreqor polis tərəfindən saxlanılıb.
İdmanxeber.az-ın məlumatına görə, döyüşçünün saxlanılmasına səbəb fanatlarından birinin hotelin yaxınlığında onun şəklini çəkmək istəməsi olub. İrlandiyalı idmançı fanatın əlindən telefonu alaraq qırıb və özü ilə aparıb. ABŞ-ın Mayami şəhərində baş vermiş olayda fanata 1000 dollar məbləğində ziyan dəydiyi bildiriir.
O, dələduzluq və xuliqanlıqda ittiham olunur.