Azərbaycan Premyer Liqasının 11-ci turunun rəmzi komandası açıqlanıb.
İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, “InStat” şirkətinin təhlilinə əsasən, rəmzi komandada “Qəbələ”dən 8, “Keşlə”, “Neftçi” və “Sumqayıt”dan isə 1 futbolçu yer alıb.
Qapıçı: Anar Nəzirov – 250 (“Qəbələ”)
Müdafiəçilər: Yusif Nəbiyev – 257 (“Qəbələ”), Anton Krivotsyuk – 282 (“Neftçi”)-2, Franko Flores – 278 (“Keşlə”)-4, Qismət Alıyev – 245 (“Qəbələ”)-2
Yarımmüdafiəçilər: Ülvi İsgəndərov – 247 (“Qəbələ”), Merab Qiqauri – 319 (“Qəbələ”)-3, Fernan Lopez – 308 (“Qəbələ”)-2, Roman Hüseynov – 250 (“Qəbələ”)
Hücumçular: Davit Volkov – 313 (“Qəbələ”)-3, Əmir Ağayev – 309 (“Sumqayıt”)-2
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.