27 Dekabr 2024
Kateqoriyasız

Samir Abasovdan qələbə şərhi

“Neftçi”nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisidə “Dinamo” ilə matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə görüş barədə fikirlərini bildirib:

– Cütün taleyi həll olunub desək, yalan olar. İkinci oyun var. Dünən demişdim ki, matç gərgin keçəcək. Fərqi də sizə demişdim ki, onlar həftəiçi oyunlar keçirir. Çempionluğa oynayırlar, hər görüş onlar üçün qızıl xaldı. Biz isə yoxlama görüşləri keçirmişik. Gizlətməyim ki, yoldaşlıq oyunlarla belə oyunların fərqini gördük.

Dünən uşaqlara dedim ki, burdan xarakterin hesabına yaxşı nəticə ilə getmək olar. Onlara təşəkkür edirəm, xarakter göstərdilər. Səfərdə belə komandaya qarşı keyfiyyətə yox, xarakterə arxalanmalısan. Bunu bacardıq. Amma ikinci oyunumuz var. Ciddi hazırlaşmalıyıq, ciddi rəqibə rast gəlmişik. Allah qoysa, Bakıda başqa cür oynayıb, mərhələni keçən biz olarıq. Bu günə bacaracağımız bu idi ki, kişiliyimizi, xarakteri göstərək. Görəcək işlərimiz çoxdu. Yeni oyunçular da, görünür, yetərincə adaptasiya olunmayıb. Onlara da zaman lazımdı.

– Bakıdakı oyunda nəyi dəyişmək istəyərdiz?
– Bakıda çox şey dəyişməliyik. Bu gün göstərdiyimiz oyun Bakıda keçərli olmayacaq. Belə oynamalı deyilik. Bunu ilk matçın gərginliyinə bağlayaaq. Heyətdə elə futbolçular var ki, ilk dəfədi bu cür turnirdə oynayır. Bakıda daha çox topa kontrol etməli, rahat oynamalıyıq.

– Sezar Meza Kollidən istədiyinizi ala bildiz?
– Bu gün ən yaxşı verəcəyini, verdi. Bəzi epizodlarda əvvəlki Sezar idi. O, komandaya gec qoşulub, adaptasiya olmalıdı. Onun nə dərəcədə keyfiyyətli olduğunu bilirsiz.

– Müdafiədə xaos var idi. Fasilədə onlara nə dediz?
– Bəzi oyunçulara daha diqqətli oynamağı tapşırdım. Beşli müdafiədə yox, daha irəlidə oynayan oyunçularda xaos var idi, yerlərini düz bağlamırdılar, gecikirdilər. Ona görə də rəqibə çox epizod verdik. İkinci yarı daha yaxşı çıxış eydik. Bu günə nəsə deməyim çətindi. Oyunçulara fərdi olaraq şeylər dedik, onun öhdəsindən gəldilər. Çox şeyi dəyişməliyik, amma bu günün söhbəti deyil.

– Namiq Ələsgərov qollarını vurur. Ona görə daha çox müdafiədə güclənəcəksiz demək olar?
– Mövqelər var ki, orada güclənməliyik. Elə mövqelər var, rəqabət yoxdu. Müdafiədə də var. Stankoviç ayağını tutdu, biz başımızı tutduq. Hücumda da güclənməliyik. İşlər gedir. Gecikirik hətta. Amma Namiqin performansı bizi çox sevindirir. Keçən ildən davam edən yüksəlişdədi. Allah qoysa, belə davam etsin. Qol vurduqca inamı artır. Güclənməliyik.

– İkinci hissədə rəqib əvəzetmələrilə tempi qaldırdı, amma biz əvəzetmələrlə cavab verə bilmirdik. Bu problem nə zaman aradan qalxacaq?
– “Dinamo”nun 5-6 oyununa canlı baxmışam, bir oyuna hətta 1-2 dəfə baxmışıq. Kim nəyə qadirdi, bilirdik. Onlar meydana oyunçu buraxanda üzülürdk ki, rəqib daha çox atıldı hücuma, biz əks cavab olaraq daha çox qol vura bilərdik, sürətdə uduzduq. Bu da dəyişikliklərlə bağlıdı. Konkret olaraq transferlərlə bağlıdı ki, klubumuzla sıx çalışırıq. Detalları şişirməyək. İstəyirik, oyunçular gətirək. Hətta ad da verə bilərəm ki, danışıqlar aparmışıq, imtina etdilər. Gəlin bu gün o söhbətəri etməyək, bəlkə çox şey açılacaq. Onu vətəndə danışarıq.

– Dünən gərgin və həyəcanlı idiz. Bu qələbədən sonra azalıb, yoxsa yenə də qalıb?
– Ola bilər sözlərimdən siz bunu hiss etmisiz. Əgər siz belə görmüşdünüzsə, dünən, düşünün məndə bu indi ikiqat artıb.

– Çempion olduğunuz heyət olsaydı, bu “Dinamo”ya qarşı daha rahat olardız, yoxsa indiki daha raht idi?
– Həm o heyət qalsaydı, həm də bugünkü heyətlə eyni əziyyəti çəkəcəkdik. Çünki rəqib güclüdü. Məncə, eyni məcrada keçəcəkdi. İlk oyunun gərginliyi idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43