Lüksemburq yığması ciddi itkiylə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan və İrlandiya ilə qarşılaşacaq yığmanın əsas heyət üzvü Lars Gerson zədələnib.
31 yaşlı futbolçu zədə səbəbindən Azərbaycan və İrlandiya ilə oyunları buraxacaq.
Lüksemburq yığması noyabrın 11-də Bakıda Azərbaycanla, 14-də isə evdə İrlandiya ilə qarşılaşacaq.