“Bavariya” və “Barselona”nın Çempionlar Liqasındakı matçları tamaşaçısız oynanıla bilər.
Avropada koronavirusa yoluxma hallarının artması səbəbindən Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun bir sıra oyunları tamaşaçısız keçiriləcək.
Xüsusilə, Almaniyada keçiriləcək oyunlar üçün tribunalar bağlı olacaq. “Bavariya” – “Barselona”, “Leypziq” – “Mançester Siti” görüşünə azarkeş buraxılmayacaq. Bununla yanaşı Niderlandda baş tutacaq “Ayaks” – “Sportinq”, Avstriyada oynanılacaq “Zalsburq” – “Sevilya” matçını da fanatlar tribunadan izləyə bilməyəcək.