Şahruddin Məhəmmədəliyevin əməliyyat olunmasından sonra “Qarabağ” qapıçı axtarışlarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu axtardığı qapıçını Almaniyada tapıb. Belə ki, xarici mətbuatın iddiasına inansaq “köhlən atlar” Dortmund “Borussiya”sının qapıçı Roman Bürki ilə maraqlanır. Bazar dəyəri 2 milyon olan 31 yaşlı qolkiper də “Qarabağ”a keçməkdə maraqlıdır.
Qeyd edək ki, Roman Bürki 2015-ci ildən “Borussiya”nın şərəfini qoruyur. O, Dortmund təmsilçisində 3-cü qapıçıdı.