“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa vəzifəsindən ayrıla bilər
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, gənc çalışdırıcı “Neftçi”yə 3:1 hesablı məğlubiyyətin ardından istefa verib. Ancaq rəhbərlik hələlik onun ayrılmasını istəmir. Qərarı hələ müzakirə etmək niyyətindədir.
Baqanın isə qərarının qəti olduğu ehtimal edilir. Hətta baş məşqçi oyunun ardından mətbuat konfrasına da qatılmayıb.
Onun konfransda iştirak etməmə səbəbinin səhhəti ilə bağlı olduğu bildirilib.

