Kateqoriyasız

“Kəpəz” futbolçuları vəd olunan “premya”nı aldı – Məbləğ

“Qəbələ” səfərindən 1 xalla dönən (1:1), Gəncədə “Səbail”i darmadağın edən (4:0) “Kəpəz” futbolçuları onlar vəd edilən “premya”nı alıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, məhz bu iki matçda qazanılan 4 xalın qarşılığında Gəncə klubunun rəhbərliyi futbolçuları mükafatlandırmaq qərarına gəlib. Ötən tur “Turan Tovuz”la baş tutan “Qərb derbisi”ndən öncə futolçuların hər birinə 500 manat məbləğində “premya” verilib.

Əgər komanda “Turan Tovuz”u da məğlub edə bilsəydi bu rəqəm təxminən 1000 manata kimi çıxacaqdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43