İngiltərənin nüfuzlu nəşri “The Guardian” ötən ilin ən yaxşı futbolçunu açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Lionel Messi 2022-ci ilin ən yaxşı futbolçusu seçilib. PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappe 2-ci, Karim Benzema isə 3-cü sirada qərarlaşıb. Cədvəldə 4-cü Erlinq Haland, 5-ci isə Luko Modriç olub.
Siyahıda ilk “10-luğ”a Kevin de Bruyne (6), Robert Levandosvi (7), Vinisisus Junior, Tibo Kurtua (8-9) və Muhammed Salah (10) yer alıb.
Portuqaliyalı futbolçu Kristiano Ronaldo isə ilk “10-luğ”a daxil edilməyib.