İngiltərənin “Nyukasl” klubu “Qalatasaray”ın ulduzu ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi icarə əsasından “cim-bom”da çıxış edən Mauro İkardini rənglərinə bağlamaq niyyətindədir. Gələn il iddialı bir komanda formalaşdırmaq istəyən “Nyukasl” argentinalı forvardın alınmasında israrlıdır.
Müqavilə ilə PSJ-yə məxsus olan İkardinin “Qalatasaray”la sözləşməsi mövsüm sonu başa çatacaq.

