“Atletiko”nun hücumçusu Joao Feliks klubdan ayrıla bilər
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı portuqaliyalı Çempionlar Liqasında iştirak edən komandaların təkliflərini nəzərdən keçirmək istəyir. Belə təkliflər alınmasa, o zaman Feliks Madrid klubunda qalmalı olacaq.
Hücumçu 2022/23 mövsümünün ikinci hissəsini icarə əsasında “Çelsi”də keçirib. O, londonluların heyətində 20 oyuna çıxıb, 4 qol vurub.
İngiltərə klubu icarə müddəti bitdikdən sonra Feliksi almaqdan imtina edib.