13 İyul 2026
Ölkə futbolu

“Azərbaycanla matçda oynamaq istəyirəm”

Belçika millisinin futbolçusu Zeno Debast AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək səfər görüşü barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı mərkəz müdafiəçisi sentyabrın 9-da baş tutacaq qarşılaşmaya özünü hazır sayır:

“Azərbaycanla matçda oynamaq istəyirəm. Milli mənim üçün yaxşı imkandır. Yan Vertongenlə eyni klubda yer aldığım üçün ondan çox şey öyrənirəm. Onunla “Anderlext”də tandem təşkil edirəm. Amma sırf bu səbəbdən mənə üstünlük veriləcəyini düşünmürəm. Qarşıdakı görüşdə meydanda olmaq istəyirəm”.

“Dalğa Arena”da keçiriləcək matç saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43