04 İyun 2026
Dünya futbolu

“Fənərbağça” “Atletiko”nun futbolçusunu istəyir

“Fənərbağça” yanvarda “Atletiko”dan Çağlar Söyüncüyü icarəyə götürmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubunda əsas heyətə düşə bilməyən 27 yaşlı müdafiəçi bu təklifə müsbət yanaşır.

Çağlar bu ilin yayında azad agent kimi “Atletiko”ya qoşulub. O, bu mövsüm cəmi 74 dəqiqə meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43