20 Sentyabr 2024
Ölkə futbolu

Əliyar Ağayev Konfrans Liqası matçını idarə edəcək

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində fevralın 22-də, saat 21:45-də Bolqarıstanın Razgrad şəhərində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) – “Servett” (İsveçrə) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Türkiyədən Alper Ulusoy, onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq. Oyunun hakim-inspektoru isə Fransadan Fredi Fautrel olacaq.

Qeyd edək ki, “Servett” – “Ludoqorets” görüşü 0:0 hesabı ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43