24 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”dan ayrılan futbolçu qərarsızdı – açıqlama

“Turan Tovuz”la müqaviləsi başa çatan Marakvelidze Piruzi gələcək karyerası iə bağlı qərarını verməyib.

Bu barədə İdmanxeber.az saytına futbolçunun özü məlumat verib. O bildirib ki, hazırda növbəti mövsüm hansı komandada olacağı barədə danışmaq çətindi:

“Turan Tovuz”la müqaviləm başa çatdı. Komandada qalıb-qalmayacağım bəlli deyil. Hazırda iki-üç klubdan təkliflərim var. Hələ qərarımı verməmişəm. Klubların adlarını çəkmək istəmirəm. Transferim rəsmiləşəndən sonra bu barədə danışmaq olar”.

Xatırladaq ki, Piruzi iki mövsümdür Tovuz klubunda çıxış edir. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43