28 Dekabr 2024
Ölkə futbolu

Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış oldu

Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış olub.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 69 yaşlı portuqaliyalı mütəxəssis bu məqsədlə “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkib.

Baş məşqçiyə adıçəkilən məkanların hazırkı durumu və orada yaradılan şəraitlə bağlı məlumat verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43