“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Norviç Siti”dən Qabriel Saranı rənglərinə bağlayıb.
“Qalatasaray” braziliyalı dayaq yarımmüdafiəçisi üçün İngiltərə klubuna 18 milyon avro və əlavə 2 milyon da bonus ödəyəcək. Bu, klub tarixinin ən bahalı transferi olub.
25 yaşlı futbolçu “Qalatasaray”la 2029-cu ilə qədər müqavilə bağlayıb.