“Barselona”nın hücumçusu Ansu Fati komandasını dəyişə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu əsas heyətdəki yerini itirib. Buna səbəb onun tez-tez zədələnməsidi.
Rəhbərlik də Fatini icrayə göndərməyə müsbət yanaşır. Onunla “Sevilya”, “Valensiya”, “Betis” və “Jirona” maraqlanır.
Hər dörd klub forvardı mövsümün sonuna qədər icarəyə götürməyə hazırdır.
İspaniyalı hücumçu bu mövsüm Hans Diter Flikin komandasında 8 oyunda iştirak edib.