“Zirə”nin futbolçusu Salifu Suma Türkiyə klublarının maraq dairəsindədi.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə jurnalist Serhat Kantoğlu sosial şəbəkə hesabından paylaşım edib. O bildirib ki, Türkiyə klubları futbolçunun durumu barədə məlumat alıb.
Oyunçunun çıxışı bir neçə komandanın diqqətindədi.
Sumanın daha öncə “Fənərbağça” və “Beşiktaş”ın maraq dairəsində olduğu da iddia edilmişdi.