12 Fevral 2025
Dünya futbolu

“Barselona”nın müdafiəçisi Premyer Liqa klubuna keçir

“Barselona”nın müdafiəçisi Alexandro Balde karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ınməlumatına görə, 21 yaşlı müdafiəçinin xidmətində “Mançester Yunayted” maraqlıdı.  İngiltərə klubu yayda futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır.

Bu mövsüm Balde 31 oyun keçirib, o, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43