“Barselona”nın baş məşqçisi Hans Flik klubla müqaviləsini daha bir mövsüm uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər artıq yeni müqavilə ilə bağlı razılığa gəliblər. Sözləşmə yalnız 2024/25 mövsümünün sonunda qüvvəyə minəcək.
Flik 2024-cü ilin mayında “Barselona”nın başına keçib. İspaniya çempionatının cari mövsümündə komanda 33 oyunda 76 xal toplayaraq birinci yerdədir.
“Barsa” həmçinin İspaniya Kubokunun finalına və Çempionlar Liqasının yarımfinalına yüksəlib.

