“Əl-Hilal” “Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimhenin transferində maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, daha əvvəl “Liverpul”la müqavilə uzadan Muhammed Salah transferi baş tutmadığı üçün rəhbərlik nigeriyalı forvardı heyətinə qatmaq istəyir.
Osimhen bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” 26 yaşlı nigeriyalının bazar dəyərini 70 milyon avro qiymətləndirir.

